turklehceleri.org

məlhəm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məlhəm

is. [ər. mərhəm]
1. Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman. Yaraya məlhəm yaxmaq. – Hələ qədim Misirdə məlhəmlər, həblər, xardal yaxmaları işlədirdilər. R.Əliyev. Ağacdan sirkə, efir yağları, kafur yağı, rənglər, laklar və cürbəcür məlhəmlər hazırlanır. (Qəzetlərdən).
2. məc. Dərman, əlac, çarə, şəfa. Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid; Ümidiməlhəm ilə mən fəqanə gəlməz idim. S.Ə.Şirvani. // məc. Təsəlli olacaq, təskin edəcək şey. Sən də əsirgəmə kömək əlini; Hər sözün, söhbətin can məlhəmidir. S.Vurğun.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

məlhəm

lapa


Son arananlar: