turklehceleri.org

məhkum

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məhkum

sif. [ər.]
1. Haqqında məhkəmə tərəfindən hökm çıxarılmış, hər hansı bir cəzaya məhkum edilmiş. • Məhkum etmək – haqqında hər hansı bir cəza hökmü çıxarmaq, cəza vermək. Ağır cəzaya məhkum etmək. – ..Belə ki, onu [məhkəmə] öz kəndindən Şamaxıya köçürüb orada həmişəlik yaşamağa məhkum edibdir. C.Məmmədquluzadə. Məhkum olmaq – məhkəmə tərəfindən müəyyən cəza almaq. Həbsə məhkum olmaq. – Məhkum olmuş bir canitək; Ağlayırdı yalvararaq. N.Rəfibəyli. // İs. mənasında. Dustaq, məhbus. Beş dəqiqə sonra məhkumlar bir-bir danışdırılıb keçdilər. H.Nəzərli. Nökərlər xanın əmrilə bir məhkumu gözünü çıxarmaq üçün çəkə-çəkə meydana gətirdilər. Ə.Sadıq.
2. məc. İtaət altında olan, asılı vəziyyətdə olan; hüquqsuz, tabe. Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum, avam və cahil bir halda yaşayırdılar. H.Sarabski. O, əzilən, məhkum ərəb deyil, artıq; O da çoxdan ayılmış! B.Vahabzadə. • Məhkum etmək – itaət altına almaq, tabe etmək, asılı etmək. [Kamran:] Bunları bir də məhkum etmək mümkün deyildir. H.Nəzərli. Məhkum olmaq – itaət altına alınmaq, tabe edilmək. Məhkum olmuş xalqlar.
3. Məhvi, həlakı, yaxud iflası, pis gələcəyi labüd olan. Məhvə məhkum. – Əmək pərisi munisdi hər gəncə, hər ixtiyarə; İşsiz qalanlar, şübhə yox, məhkum idi səfalətə. H.Cavid. Gözəllik bir çiçək, məhkum solmağa; Soldurma boş yerə sən onu, gəlin! Ə.Cavad.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

məhkum

hükümlü, mahkûm


Son arananlar: