turklehceleri.org

motal

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

motal

is.
1. Pendir, şor və s. saxlamaq üçün xüsusi surətdə hazırlanmış qoyun və ya keçi dərisi. Motaldan şor çıxarmaq. – Məscidin alçaq qapısından hamballar dalında motal və qeyri baqqal şeyləri çıxardırdılar. Çəmənzəminli. Payızqabağı [Murad bəyin] evində motal motala söykənirdi. Qantəmir. • Motal papaq – qoyun dərisindən evdə tikilən iri papaq. [Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov. ..Arabanın çağları arasından Əlləzoğlunun motal papağı qaralırdı. İ.Hüseynov. Motal pendiri – motalda saxlanılan pendir. Süfrədə hər şey vardı: camış qaymağı, beçə balı, inək yağı, üzlü motal pendiri, təndir çörəyi, qənd, şəkər. Ə.Vəliyev. Motal tutmaq – saxlamaq üçün pendiri, şoru duzlayıb motala doldurmaq. [Qurbanəli:] Biriki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. N.Vəzirov.
2. dan. İri, şişman, piyli (qarın haqqında).

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

motal

[motol], at, gepl.d. Gatan duzly peýniriň owradylyp, uzak wagtlap sanaçda süýt bilen saklanan görnüşi.


Son arananlar: