turklehceleri.org

məftun

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məftun

sif. [ər.] Vurğun, özünü unudacaq dərəcədə vurulmuş, eşqə giriftar. Kamran gözlərini Səidə xanıma zillədi, nə isə çox məftun baxışlarla onu süzməyə başladı. M.Hüseyn. • Məftun etmək – özünü sevdirmək, özünə bənd etmək, aşiq etmək. Məftun olmaq – özünü unudacaq dərəcədə vurulmaq, sevmək. Sən gərçi olubsan ona məftun; Oldur tələbində səndən əfzun. Füzuli. // Son dərəcədə valeh, heyran. Xanım görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi. Çəmənzəminli. Sizi bir elçimi göndərmiş bahar? Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. • Məftun etmək – valeh etmək, heyran etmək. Haman qız bütün səyahətçilərin qəlbini .. məftun etmişdi. M.S.Ordubadi. Yaman məftun etmiş onu bu əsər; Cəmilə oxuyur axşamdan bəri. B.Vahabzadə. Məftun olmaq – heyran qalmaq, valeh olmaq. Məftun olaraq sevdim onu, heyrətə daldım. A.Şaiq. Bunları duyduqca, düşündükcə mən; Həyata, varlığa məftun oluram. S.Vurğun.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

məftun

vurğun, aşiq, pərəstişkar
{vurgun, âşık, mest}


Son arananlar: