məmə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məmə
I. is.
1. Uşaqları əmizdirmək üçün qadınların döş hissəsində yerləşmiş yumru şəkildə olan iki süd vəzilərindən hər biri; döş. // Məməli heyvanlarda süd ifraz edən orqan; yelin.
2. bax. məməcik 2-ci mənada. Gözün məməsi.
3. xüs. Hər hansı bir şeyin məmə ucu (kiçik çıxıntı) şəklində hissəsi; ucluq.
II. is. məc. Ana. [Şərəfnisə xanım:] Əgər məməm deyən dərviş olmasaydı, şəksiz Müsyö Jordan Şahbazı aparacaqdı. M.F.Axundzadə. [Məmməd bacısı Fatmaya:] ..Niyə nənəm Məlikməmmədin nağılını söyləyəndə .. məmənin qucağına qısılırsan? S.S.Axundov.
III. dan. Köhnə sistemli ov tüfənglərinin piston qoyulan yeri.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məmə
meme