məchul
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məchul
sif. [ər.]
1. Bilinməyən, naməlum (məlum əksi). [Xədicə] hərəkətsiz gözlərini məchul bir nöqtəyə dirəyib baxırdı. S.Hüseyn. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.
2. riyaz. Məlum olmayan, axtarılan. Məchul kəmiyyət. ‣ Məchul feil qram. – hərəkətin həqiqi icraçısı zahirdə olmayan feil.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məchul
namə’lum, gizli, sirli, müəmmalı
{bilinmeyen, gizli, sırlı, muammalı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məchul
edilgen, meçhul