turklehceleri.org

ancaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ancaq

1. bağl. Lakin, amma. Ancaq mən sevgilərin bu qədər aldadıcı .. olduğunu bilmirdim. M.S.Ordubadi. [Müdir:] Ancaq eşitdiyimə görə, sizin yoldaşınız Cəmili çox incidir. Mir Cəlal.
2. Zərf mənasında. Çətinliklə, zorla, gücbəla ilə. Tamaşanın üçüncü pərdəsinə ancaq çata bildim. Bu işi axşama ancaq qurtarmaq olar. Bu yerə ancaq beş adam yerləşə bilər. O, axırıncı sözü ancaq söyləyə bildi. – Görünüşündən [Almurada] 50 yaş ancaq vermək olardı. İ.Əfəndiyev.
3. Ədat kimi işlənir – məhz, sırf, yalnız, tək. Biz buraya ancaq iş üçün gəlmişik. Buna ancaq təəccüb etmək olar. Ancaq nağılla tərbiyə olunmuş beyin hər cür yeniliyə ürəkdən qol aça bilər. – Evin dolanacağı ancaq Cavadın qələminə bağlı idi. Ə.Haqverdiyev. [Şair:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər. M.S.Ordubadi. ancaq-ancaq zərf Azacıq, güclə, çətinliklə. Tozun və küləyin təsirindən fənərlərdə yanan lampaların işığı bulud dalğasında ulduz kimi ancaq-ancaq görünür(dü). S.M.Qənizadə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ancaq

ancak


Son arananlar: