mütəğəyyir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mütəğəyyir
sif. və zərf [ər.] Dəyişmiş, başqalaşmış, əsil hal və surətini itirmiş, başqa hala (şəklə) düşmüş. Padşahın qızı (mütəğəyyir): – Söylə, söylə! Ə.Haqverdiyev. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soracaq. C.Cabbarlı. • Mütəğəyyir olmaq – halı, sir-sifəti dəyişmək, haldan, sifətdən dönmək, pozulmaq. Saqi, mütəğəyyir oldu halım; Söyləməyə qalmadı məcalım! Füzuli.