mürüvvət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mürüvvət
is. [ər.] Mərd adama və həqiqi insana xas olan yaxşı sifətlər; rəhm, insaf, mərhəmət, insanlıq. Mürüvvət sahibi. – Mürüvvətə əndazə olmaz. (Ata. sözü). Yox kimsədə insafü mürüvvət; İblisəmi uymuş bəşəriyyət?! H.Cavid. Olmasaydı bizdə, yarəb, bu məhəbbət kaş ki; Ya olaydı bu gözəllərdə mürüvvət kaş ki. C.Cabbarlı. • Mürüvvət etmək (eləmək) – rəhm etmək, mərhəmət göstərmək, insafa gəlmək, insanlıq göstərmək. Mürüvvətə gəlmək – bax. mürüvvət etmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mürüvvət
I. mərdlik, comərdlik, alicənablıq
{mertlik, cömertlik, eli açıklık}
II. mərhəmət, şəfqət, insaf
{merhamet, şefkat, insaf}