turklehceleri.org

müqəddəs

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

müqəddəs

sif. [ər.]
1. din. Allaha aid olan, ilahi, ilahi qüvvəyə malik. Müqəddəs ruh. Müqəddəs su. // Dini sitayişlə əlaqədar yer və ya şeylərin adlarının daimi epiteti kimi işlədilir. Sözüm yoxdur. Xorasan bir müqəddəs yerdir. Ə.Haqverdiyev. [Adil:] Elə bilin ki, dünyada ən müqəddəs bir türbəni çirkaba atırdım. B.Bayramov.
2. Pak, təmiz, eyib və nöqsanlardan biri. // Mənəvi cəhətdən təmiz, saf, ləkəsiz. Müqəddəs adam. – Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Ana müqəddəsdir, ana doğmadır; Ən böyük məhəbbət yalnız ondadır. S.Vurğun. // İs. mənasında. Mömin, dindar. Bizim köhnəpərəstlərimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi məhz məktəb açmağa sərf eləyirik. C.Məmmədquluzadə.
3. məc. Çox əziz, sevimli. De görək şimdi müqəddəs vətənin; Hansı bir müşkülü asan oldu? M.Ə.Sabir. Hər bir vətəndaş Vətənin müqəddəs hüdudlarını göz bəbəyi kimi qoruyur. M.Rzaquluzadə.
4. məc. Nəcib, ülvi, ulu, yüksək, təmiz, pak. Müqəddəs hiss. – Bir müqəddəs məhəbbət ilə müdam; Vətəni, xanimanı çox sevirəm. A.Səhhət. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstəm. // Yüksək, şərəfli. Müqəddəs vəzifə. Vətəni müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur. // Toxunulmaz, sarsılmaz. Müqəddəs kitaba əl basıb həmən; Dedi: – Şəkkim yoxdur, bu kitab haqdır. B.Vahabzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

müqəddəs

I. pak, ulvi
{kutsal, ulu}

II. pir, ocaq
{pir, kutlu}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

müqəddəs

kutsal, mukaddes


Son arananlar: