mülkmal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mülk-mal
(=mülk-imarət) top. Mülk, ev-eşik, var-dövlət hamısı bir yerdə. ..Əgər mən müsəlman olandan sonra başıma çarşab salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-malımı atam ərimin üstünə. C.Məmmədquluzadə. Keçmişdə evlənən oğlandan mülk-mal, başlıq istərdilər. Mir Cəlal. [Veysin] bildiyi bircə bu idi ki, bütün ixtiyar, yer, mülk-imarət, var-dövlət hamısı .. fəqir-füqəranın, yoxsulların əlindədir. Ə.Əbülhəsən.