turklehceleri.org

mükalimə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mükalimə

is. [ər.] İki və ya bir neçə adam arasında gedən danışıq, söz; dialoq. [Dramaturq] dəqiq və canlı bir dillə, qısa mükalimələrlə danışmalıdır. C.Cabbarlı. // Ümumiyyətlə, söhbət, danışıq, müsahibə. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkəcək. C.Məmmədquluzadə. Bu mükalimə arasında Kəyan lap qulağının dibində bir neçə güllə partladığını eşitdi. Ə.Əbülhəsən. • Mükalimə etmək – söhbət etmək, danışmaq. [Molla Həmid:] Bu üç gündə bəniadəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq [mövlanaya] mümkün deyil. M.F.Axundzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mükalimə

danışıq, söhbət, müsahibə, dialoq
{konuşma, sohbet, söyleşi, diyalog}


Son arananlar: