arxalıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
arxalıq
is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar. [Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bilmirsən. Ə.Haqverdiyev. Kişi arxalıq, çuxanı atıb, kostyum, qalstuk geymişdi, papağı çıxarıb fəs qoymuşdu. B.Talıblı. [Tahirzadə] sərin xəzri alnına toxunanda arxalığının yaxasını açıb, dərindən nəfəs aldı. Mir Cəlal.