moizə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
moizə
is. [ər.]
1. bax. vəz 1-ci mənada. [Yaşlı kişi:] Şeyx Yəhyanın dalında namaz qılıb, sonra da moizəsini dinlədim. S.Hüseyn.
2. Nəsihət, öyüd. [Yusif şahın həvaxahları] müfəttinlər ilə müqabil durub nəsihət və moizəyə şüru etdilər.. M.F.Axundzadə. // Eyni mənada istehza ilə. [Məsmə:] ..[ərim] bir axşam mənim üçün bir moizə başladı. S.Hüseyn. • Moizə etmək (oxumaq) isteh. – nəsihət vermək, öyüd vermək, uzun danışmaq. Şeyda [Arazın] sözünü kəsdi: – Mən bura moizə etmək üçün gəlmədim. A.Şaiq. [Vəli:] Ay Hüseyn, moizə oxuma, tez ol görək, Kəblə Cahangir küçədə gözləyir. S.Rəhman.