turklehceleri.org

makina

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

makina

[lat.]
1. bax. maşın 1-ci mənada. Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş(dur). Çəmənzəminli. Dəmir makinalar hey çoxaldıqca; Qaldıq illər boyu ac da, işsiz də. S.Vurğun. Bir möhtəşəm makinə; Gur çayların zülfünə; Çəkməzmi darağını? M.Müşfiq.
2. köhn. Yazı maşını, maşınka. Makinada yazmaq. Məqaləni makinada çap etdirmək. – Saatlarla oturub makinanın dalında; Düzürsən vərəqlərə gələcək kitabları. S.Rüstəm. [Vahid:] Anam ağ, zərif barmaqlarını makinadan çəkdi. B.Bayramov.


Son arananlar: