kötək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kötək
is. Ağac, dəyənək və s. ilə vurulan zərbə. Kötək aradakına çox dəyər. (Ata. sözü). Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. C.Məmmədquluzadə. Tubu ağlayır, arvad da kötəyin zərbəsindən bağırırdı. H.Sarabski. • Kötək altına salmaq – ağac, dəyənək və s. ilə döymək, kötəkləmək. ..[Kişi] övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə. Kötək yemək – bax. kötəklənmək. Hiç məqul söz deməzsən sən! Qandadır kim, kötək yeməzsən sən? Füzuli. Qaraca qızın təbiətində inadcıllıq vardı.. Yusifdən nə qədər kötək yeyərdisə də, yenə tərsliyindən əl götürmürdü. S.S.Axundov. [Məşədi İbad:] ..Arvad ərindən nə qədər kötək yesə, bir o qədər ərin çox sevər. Ü.Hacıbəyov. Kötək vurmaq (döşəmək) – bax. kötəkləmək. Məşədi İmamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
kötək
döyülmə, zərbə
{dövülme, darbe}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kötək
cop, dayak