işlək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
işlək
I. sif.
1. Zəhməti, işləməyi sevən, çox işləyən, daim işləyən, vaxtını işdə keçirən; fəal, çalışqan. İşlək adam. Bu yerlərin camaatı işləkdir. – İşlək keçəl ərə gedər, pinti gözəl gora. (Ata. sözü). Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi. S.S.Axundov. [Əliqulu:] ..Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. M.Süleymanov. // Zəhmətkeş, fəhlə. Qarı bir qədər susduqdan sonra: – Bəli, oğul, – dedi, – ..o dustaq isə, bala, istəyir ki, işlək adamlar, fəhlələr heç olmasa günbatanda evlərinə qayıtsınlar.. Ə.Məmmədxanlı.
2. Çox işləyən, gediş-gəlişli, hərəkət çox olan. İşlək küçə. İşlək yol.
3. İşləyən, iş görmək üçün olan, iş görən, təsərrüfatda istifadə olunan. İşlək heyvanlar. İşlək at. – İşlək malı öyərlər; Tənbəlini söyərlər; Öküz cütə getməsə; Qaşqasına döyərlər. (Holavar).
4. tex. İşləyən, hərəkət edən, ya hərəkət etdirici. İşlək boru. İşlək çarx. – Buruğun ortasında qoyulmuş rotor fırlanaraq, kvadrat işlək boru vasitəsilə quyudakı qazıma kəmərini də fırladır və beləliklə, hərəkət baltaya keçirilir. S.Quliyev. // Saz (maşın və s. haqqında).
II. is. dan. bax. işdək. [Leylək Ələmdar] yırğalana-yırğalana Müqim bəy Cavanşirin həyətinə girəndə birdən-birə çar pristavını görüb, özünün bütün işləklərini xatırladı. S.Rəhimov. [Anam:] Qoymursan bu tramvay altında qalmışın işləklərini bildirəm. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
işlək
I. fəal, çalışqan
{faal, çalışkan}
II. əngəl, kələk
{engel, mani}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
işlək
işlek