işarə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
işarə
is. [ər.]
1. Əlamət, nişanə, iz. Övrətlərimizin indiki əhvalını nəzərə alsaq, .. bir işarə də tapa bilmərik ki, arvadlarımızın hüququ kişilər tərəfindən pozulmuş ola. C.Məmmədquluzadə. // Rəmz, emblem. Oraq kəndliyə, çəkic də fəhləyə işarədir. S.Rəhimov.
2. Bir şeyi qaş-göz, əl, barmaq və s. ilə göstərmə, anlatma, bildirmə, him-cim. Aşıq Cünun işarədən başa düşdü ki, sirri gizlin saxlamaq lazımdı. “Koroğlu”. Arvadın işarəsi ilə nökərləri içəri daxil olub, padşahın qollarını bərk bağlayıb zindana salırlar. (Nağıl). • İşarə etmək (vermək) – bir şeyi əl, qaş-göz və s. ilə bildirmək, göstərmək, anlatmaq. Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq Nəbi”. Ey ruhi-rəvan, mən edərəm can sənə təslim; Gər guşeyi-əbru ilə etsən sən işarə. S.Ə.Şirvani.
3. Siqnal, xəbərdarlıq. Şübhəsiz ki, mən Qızıl Arslanın bir işarəsindən asılıyam. M.S.Ordubadi. • İşarə vermək – siqnal vermək. Münsif heyəti başçısı əlindəki kiçik qırmızı bayraqla işarə verdi. M.Rzaquluzadə. Gəmi harada olursa olsun, radiomayakın verdiyi işarələrlə öz istiqamətini təyin edə bilər. “Radiolokasiya”.
4. Kinayə, eyham. İşarə ilə bildirmək. • İşarə vurmaq – sözü, fikri üstüörtülü, eyhamla demək, bildirmək. Tahir bu xüsusda Cəmilə işarə vurmaq istəyirdisə də, usta Ramazanın duyuq düşəcəyindən çəkinir, dinmirdi. M.Hüseyn. Telli arvadın Qaraşa işarə vurduğu aydın idi. M.İbrahimov. O, mənim nəyə işarə vurduğumu duyurdu. İ.Əfəndiyev. ‣ İşarə anlayan – tez başa düşən, arif. Kişi dövlətinə pasiban gərək; İşarə anlayan, söz qanan gərək. Q.Zakir. İşarəyə bənd olmaq – hazır vəziyyətdə gözləmək, əmrə müntəzir olmaq. Üsyançılar işarəyə bənddirlər. – Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn. Durğu işarələri – bax. durğu.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
işarə
I. anlatma, bildirmə, him-cim
{anlatma, bildirme, önerme}
II. siqnal, xəbərdarlıq
{haber, dedikoduculuk}
III. kinayə, ehkam
{işaret, yargı}
IV. əlamət, nişanə, iztiqlaliyyet, müstəqillik, azadlıq
{belirti, delil, bağımsızlık, serbestlik, özgürlük}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
işarə
ima, işaret, not, sinyal, telmih