irsal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
irsal
is. [ər.] klas. Göndərmə, yollama. • İrsal etmək (qılmaq) – göndərmək, yollamaq. Ənam edibən ona bəsi mal; Leyli tələbinə qıldı irsal. Füzuli. Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən; Buyur, hər xidmətin vardır bizə nisbət, xudahafiz! Q.Zakir. Bu yerdən ötəri bir para əhval xidmətinə yazıb etmişəm irsal. M.F.Axundzadə.