turklehceleri.org

irad

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

irad

I. is. [ər.] Söyləmə, demə, danışma. • İrad eləmək (etmək) – demək, söyləmək. İngiltərə vaizi Ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qisimdir. C.Məmmədquluzadə. [Xarrat:] Əfəndim, irad etdiyim bu sözlər xilafi-həqiqət ki deyildir? T.Ş.Simurq. [Kərəmov:] Orada nitq irad elədi, qəzetə düşdü, indi də budur, qayıdır, deməli, təzədən düşəcəyik işə. S.Rəhman.

II. is. [ər.] Nöqsan, kəsir, eyib, qüsur. • İrad eləmək (tutmaq, saymaq) – nöqsan tutmaq, kəsrini, eybini demək. Hicran edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. X.Natəvan. ..Böyüklərə irad tutmaq özü bir xatadır. C.Məmmədquluzadə. Dilara .. gülə-gülə anasına irad tutmuşdu.. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

irad

I. söyləmə, demə, danışma
{söyleme, anlatma, konuşma}

II. nöqsan, kəsir, eyib, qüsur
{noksan, eksiklik, ayıp, kusur}


Son arananlar: