kinayə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kinayə
is. [ər.]
1. Üstüörtülü, dolayı məna verən söz və ya ifadə. [Gülsabah Mirzə Camala:] Mən artıq bu acı kinayələrdən usandım, öldüm, məni öldür. C.Cabbarlı. [Tahirə] baxır, deyəsən, o da Cəmilin kinayəsində həqiqət olduğunu təsdiq edərək istehzalı bir təbəssümlə gülürdü. M.Hüseyn. • Kinayə etmək – kinayə təriqi ilə söyləmək, işarə etmək. ..Şair Nəim “Füyuzat”ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə, özü bilər, ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsvir edib.. Ü.Hacıbəyov. // Üstüörtülü, toxunan söz. Bu kinayələr, görəsən, kimə aiddir?
2. ədəb. Bir şəxs və ya şey haqqında olan həqiqi fikir, təsəvvürü yalandan əks şəkildə ifadə edən söz, ibarə.
3. “ilə” qoşması ilə zərf – məsxərə ilə, kinayəli-kinayəli. Kinayə ilə danışmaq. Kinayə ilə süzmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
kinayə
eyham, him, istehza, rişxənd
{evham, eğlenme, istihza, alay}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kinayə
ima, kinaye