incəlmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
incəlmək
f.
1. Arıqlamaq, zəifləmək, üzülmək. Füzuli zülfünə bağlandı, əmma öndə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli. Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan; İncəldi uşağım. M.Ə.Sabir. // Nazikləşmək, zərifləşmək, daha incə olmaq. Çəltiklər dirçəlibdir; Sünbüllər incəlibdir; Bu gün qəribə toy var; Bizə gəlin gəlibdir. (Bayatı). Elyar oxuduqca incəlir səsi; Məclis sükut edir ona hörmətlə. S.Vurğun.
2. Kövrəkləşmək, yumşalmaq. [Elxan:] Ürəyim çocuq kimi incəlmiş; Nəhayət, səni tapdım. C.Cabbarlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
incəlmək
I. arıqlamaq, zəifləmək, üzülmək
{cansızlaşmak, zayıflamak, üzülmek}
II. kövrəlmək, yumşalmaq
{kırılmak, yumuşamak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
incəlmək
incelmek