ilmə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ilmə
is.
1. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. İlmə salmaq. İlmə vurmaq. – Ustabaşı kənarda durub .. təlimat verir, qabarlı əllər ilmə düyürdü. Çəmənzəminli. Qız keçib dəzgah arxasında oturdu, barmaqları ilk ilmələri vurarkən gözlərində dərhal, bir zaman nanəli dərədə gördüyü çiçəklərin xəyalı hərəkətə gəlib canlandı. Ə.Məmmədxanlı. Onun hər ilməsində, hər xalında və hər gülündə Hikmətin ağ və möhkəm barmaqları görünürdü. Mir Cəlal.
2. Kisə kimi şeyləri açıb-bağlamaq, asmaq üçün qaytan. Ondan çantanın ilməyini qoluna taxmağı xahiş etdi. Ə.Əbülhəsən. // bax. ilgək 1-ci mənada. Yaxamın ilməsi yox; Qırılıb düyməsi yox: Məni qoyub gedəli; Üzümün gülməsi yox. (Bayatı).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ilmə
düyün
{düğüm}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ilmə
bağ