ikibaşlı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ikibaşlı
sif.
1. İki başı (ucu, qurtaracağı) olan. İkibaşlı ağac.
2. İki başı olan. İkibaşlı heyvan. – [Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, – deyib bağırırıq. A.Divanbəyoğlu.
3. Hər iki tərəf üçün, həm o tərəfə, həm bu tərəfə. İkibaşlı bilet. İkibaşlı teleqram. – Laəlac qalıb, götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. C.Məmmədquluzadə. • İkibaşlı qohum olmaq – qız verib, qız almaq. [Əsgər:] Bax, bəy, indi ki mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq. Ü.Hacıbəyov. [Gövhər:] Deməli, sən bizimlə ikibaşlı qohum olmaq istəyirsən? S.Rəhman.
4. məc. İkimənalı, ikitərəfli, iki cür başa düşülə bilən; aydın, konkret olmayan, dumanlı. [Dəli Həsən dedi:] Koroğlu, sözün bir az ikibaşlıdı. “Koroğlu”. Pərşan Qızyetərin Salmanı bəyənmədiyini, sözlərinin ikibaşlı (z.) olduğunu bilirdi. M.İbrahimov. Nərminə Şahmarın dediyi ikibaşlı sözün mənasını anladığı üçün ikibaşlı (z.) da cavab verdi. B.Bayramov. ‣ İkibaşlı qartal – çar Rusiyasının dövlət gerbi – üzərində qartalın iki baş şəklində təsviri (ümumiyyətlə çarlıq simvolu). Fəqət məzlumlar qanına boyanmış ikibaşlı qartal çox davam edə bilməzdi. H.Nəzərli. ..İkibaşlı qartal ilə “cümlə cahanı titrədən” imperiyanın sadiq nökəri Müqim bəy, rütbə etibarilə yüksəlmiş olsa belə, bu təzə qulluğunda nə zövq, nə də nəşə tapırdı. S.Rəhimov. Bu zamandan III İvan .. qədim Vizantiya dövlət nişanı olan ikibaşlı qartalı öz dövlətinin nişanı kimi qəbul edir. M.İbrahimov. İkibaşlı zərərə düşmək – bir şeyin üstündə iki dəfə xərcə düşmək, iki dəfə pul xərcləməli olmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ikibaşlı
ikimə’nalı, ikitərəfli, dumanlı
{kinayeli, iki yönlü, belirsiz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ikibaşlı
ikiyüzlü