icad
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
icad
is. [ər.] Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). Radionun icadı. Telefonun icadı. Hürufatın icadı. Yeni icad (yeni çıxmış şey, yeni ixtira). // Uydurma. O necə xəstəlikdir, – dedim, – kimin icadıdır? Mir Cəlal. • İcad etmək (eləmək) – vücuda gətirmək, yoxdan var etmək, yaratmaq. Parlaq günəşin həsrəti ruyinlə gözümdən; Qanyaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım. // İxtira etmək. Mən sizin üçün lap təzə bir xörək icad eləmişəm. “Mol. Nəsr.”. O hansı elmdir ki, icad etdi telefonu? M.Möcüz. Yəqin bu ekskavatoru icad edənlər onun ağırlığını, həcminin iriliyini nəzərə alaraq, onunla yükləmək mümkün olmadığını düşünmüşlər. Ə.Sadıq. // Uydurmaq, düzəltmək. [İblis:] Bir qazi olub gah edərim fitnələr icad. H.Cavid. İcad olunmaq (edilmək) – vücuda gətirilmək. ..Övladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmuyunca müsəlmanca bir kəlmə söz də yazmasınlar. C.Məmmədquluzadə. // Uydurulmaq. Möcüzə adamları aldatmaq üçün icad olunmuşdur. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
icad
yaratma, ixtira, kəşf, düzəltmə
{yaratma, uydurma, keşif, düzenleme}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
icad
icat