turklehceleri.org

hətta

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hətta

bağl. [ər.] Cümlədə aid olduğu sözü və ya söz birləşməsini ayırmaq və gücləndirmək üçün işlədilir – üstəlik, həm də, belə. Onu gördüm, hətta söhbət də etdim. Hamı, hətta uşaqlar da diqqətlə qulaq asırdılar. – Otların hamısı, hətta tikanlı boz qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev. [Əntərzadə] nəinki səliqə və məharətini, hətta başını da itirdi. Mir Cəlal. // Bəzən təkid üçün “belə” ədatı da əlavə olunmaqla işlədilir. Hətta gözümlə görsəm belə inanmaram. – Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. M.S.Ordubadi.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hətta

bile, dahi, hatta, velevki


Son arananlar: