hərdən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hərdən
(=hərdənbir) zərf Həmişə deyil, bəzən, arabir. Hərdənbir yağış yağır. Hərdənbir hava soyuyur. – Bibin hərdən çatılmış gördümü qaşlarını; Sənə şirin dil töküb oxşardı saçlarını. S.Rüstəm. Laçıntək qıy vurur hərdənbir Osman; Çırpınır meşələr, çalxanır duman. H.K.Sanılı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hərdən
bə’zən, arabir, az-az
{bazen, arada bir, nadir}