turklehceleri.org

Cib

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cib

is.
1. Pul və başqa xırda şeylər qoymaq üçün paltara üst və iç tərəfdən tikilən kisəcik. Pencəyin yan cibləri. – Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb məşğul oldu çubuğu doldurmağa.. C.Məmmədquluzadə. Yükdaşıyan çamadanı yerə qoyanda Əziz əlini cibinə saldı. S.Rəhman.
2. Portfeldə, çamadanda və s.-də ayrıca bölmə, göz.
3. Cibə qoyulan, cibdə gəzdirilən. Cib bıçağı. Cib saatı. Cib dəftəri. – Bu xonçada olar .. bir cift əla tufli, corab, ənlik, rasıq daşı və mazı, iki kisə xına, cib güzgüsü, qayçı. R.Əfəndiyev. Mirzə Cəmil cib dəsmalını çıxarıb gözlərini silə-silə dilləndi.. Ə.Vəliyev. ‣ Cibə zərər vurmaq – çoxlu pul xərcləməyə, maddi zərər çəkməyə məcbur olmaq (ya etmək). Cibində siçan (yel) oynayır – cibində pulu olmayan adam haqqında. Cibinə (cibimə) görə deyil – birinin imkanına görə çox baha şey haqqında. Cibinə əl atmaq – səxavətə gəlmək. Cibinə qoymaq – mənimsəmək, cibləmək, özü üçün götürmək. [Qaçaq Nəbi] ..fəqir kəndlilərin töycülərini özlərinə qaytarıb, zənginlərin töycüsünü cibinə qoyurdu. E.Sultanov. Cibini boşaltmaq – bütün pullarını xərclətmək, ya xərcləməli olmaq. Cibini doldurmaq – 1) qeyri-qanuni yolla varlanmaq; 2) başqasını varlandırmaq, dövlətləndirmək. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Ə.Haqverdiyev. Cibini kəsmək – cibindəki pulunu oğurlamaq. Bazarda Mollanın cibini kəsirlər. “M. N. lətif.”. (Öz) cibini güdmək – ancaq öz xeyrini, öz mənfəətini güdmək. [Barat Allahverdiyə:] Bunlar hamısı elə adamların işidir ki, öz ciblərini güdürlər. C.Cabbarlı. Cibinin ağzını (geniş) açmaq (boş qoymaq) – səxavət göstərmək, çoxlu pul xərcləmək, ya xərcləməyə hazır olmaq. Cibinin ağzını sökmək – bax. cibinin ağzını (geniş) açmaq. …büküb cibinə qoymaq – birinin başqasından (ya başqalarından) daha zirək, daha bic, yaxud daha bilikli olduğunu bildirir.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cib

cep


Son arananlar: