həqir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
həqir
sif. və zərf [ər.]
1. Qədir-qiyməti, hörməti, etibarı olmayan; alçaq. Həqir baxma mənə qilü-qal bilməz isəm; Ki əhlihal arasında bəlayəm, ey bülbül! Qövsi. Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. N.Nərimanov.
2. klas. Təvazökarlıqla özünü başqasının qabağında kiçiltmə, heç kimi göstərmə, özünə əhəmiyyət verməmə mənasında işlənir. [İskəndər:] Sən də gəl abidin yanında məni; Qızartma, burax bu həqir bəndəni. A.Şaiq.
3. Kasıb, yoxsul, miskin, zəlil. O birisi sadə və həqir geyimli otuz, ya bir qədər artıq sinli bir adam idi. C.Məmmədquluzadə. Şəhər kənarında bir; Daxma var idi həqir. Ə.Nəzmi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
həqir
I. yazıq, bədbəxt, zavallı, biçarə, zəlil
{aciz, bedbaht, zavallı, biçare, zelil}
II. alçaq, rəzil, mənfur
{alçak, rezil, menfur}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
həqir
hakir