turklehceleri.org

hoqqa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hoqqa

I. is. [ər.]
1. Əl zirəkliyi ilə çıxarılan cürbəcür oyunlar.
2. məc. Kələk, fırıldaq, fənd, hiylə. Bu nə hoqqadır? Hoqqası baş tutmadı. Başdanayağa hoqqadır. – [Salamov Bahadır bəyə:] Hamısı badalaqdır, bütün hoqqalar mədənlər üstündədir. C.Cabbarlı. ‣ Hoqqa çıxarmaq (bəzəmək) – oyun çıxarmaq, oyunbazlıq etmək. [Mirzə Səməndər Almaza:] ..Əyər müdir mənəm, bu nə hoqqadır bəzəyirsən? C.Cabbarlı. [İnci:] Namusla səkkiz saat işləmisən, qurtarıb. Daha istirahət günü işləyib özündən hoqqa çıxartma. S.Rəhman.

II. is. [ər.] köhn. Tiryək çəkənlərin işlətdiyi xüsusi qəlyan və onun başına keçirilən borucuq. ..İki uşaq bu dəfə iki podnosda firuzə başlı hoqqa və maşa gətirdi.. M.S.Ordubadi. Keyfini pozmaz, onun tiryəki var, hoqqası var. Ə.Nəzmi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hoqqa

I. hiylə, kələk, fırıldaq
{hile, düzen, fırıldak}

II. zarafat, naz, oyun, əyləncə
{latife, naz, oyun, eğlence}


Son arananlar: