turklehceleri.org

ölçmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ölçmək

f.
1. Bir şeyin ölçüsünü, miqdarını qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək. Südü ölçmək. Parçanı ölçmək. Otağın kvadraturasını ölçmək. Qızdırmasını ölçmək. – İstisini ölçüb dərhal; Ana deyir: – Dincəl bir az. M.Dilbazi.
2. Mülahizə etmək, çıxış etmək, müqayisə etmək, tutuşdurmaq. Hər şeyi öz düşüncəsi ilə ölçmək.
3. məc. dan. Vurmaq, gopamaq, çəkmək, ilişdirmək. Suyun gah soyuq və gah istiliyindən narazı olaraq [Məşədi Qulam] yaş əllərilə Cavahirin başına ölçərdi. T.Ş.Simurq.
4. bax. ölçüb-biçmək 2-ci mənada. Sözünü ölç. Hərəkətlərini ölç. ‣ Əllərini ölçmək – bax. əl. Yüz ölç, bir biç – “bir iş görərkən qabaqca yaxşı-yaxşı, hərtərəfli fikirləş” mənasında ifadə. Küçələri ölçmək – avara-avara gəzmək, veyil-veyil gəzmək, veyillənmək. Öz arşını ilə ölçmək – bir adam və ya şey haqqında öz şəxsi baxımından, birtərəfli mühakimə yürütmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ölçmək

ölçmek, tartmak


Son arananlar: