hidayət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hidayət
is. [ər.] İslam dininə görə doğru yol, düz yol, haqq yol. Çox məclislərdə Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. C.Məmmədquluzadə. // Doğru yol arama, doğru yolla getmə, düz yola çıxma. • Hidayət etmək – düz yola salmaq, doğru yola dəvət etmək. [Xanım:] İlahi, əfv diləyirəm. Günahımdan keç, məni haqq yola hidayət et. Çəmənzəminli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hidayət
hidayet