hesabat
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hesabat
is. [ər. “hesab” söz. cəmi]
1. Öz işi, verilən tapşırığı yerinə yetirməsi, yaxud apardığı tədqiqatın nəticəsi və s. haqqında məsul şəxsə, ya kollektivə, təşkilata və s. verilən yazılı və ya şifahi rəsmi məlumat. İllik hesabat. Şöbənin hesabatı. – Maral qonaqları yola saldıqdan sonra komissarlığa getmiş, .. göndərilən hesabatla tanış olmaq üçün iki saata qədər orada oturmuşdu. Ə.Əbülhəsən.
2. Bir şey və ya iş haqqında izahat, geniş məlumat. [Muxtar Firəngizə:] Elə bilirəm ki, kişinin arvada hesabat verməsi məcburi deyildir. B.Bayramov. // müh. Buraxılmış pulun xərclənməsi haqqında sənəd. Maliyyə hesabatı. Təhtəlhesab pulun hesabatı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hesabat
rapor