hekayət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hekayət
is. [ər.] Əhvalat, sərgüzəşt, qəziyyə; hekayə. Mən çəlik ürəkli bir yeni gəncəm; Dildən-dilə düşmüş hekayətim var. M.Müşfiq. Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı. M.Hüseyn. • Hekayət etmək – danışmaq, nəql etmək, söyləmək (sərgüzəşt, qəziyyə və s.). Qəmli mazisini hekayət edər; Taleyindən bütün şikayət edər. A.Səhhət. Nə çəkmişsə aylar, illər uzunu; Birər-birər eyləyirdi hekayət. M.Müşfiq.