turklehceleri.org

fəth

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

fəth

is. [ər.]
1. Bir şəhər və ya ölkəni silah gücü ilə zəbt etmə, alma. // Qələbə, zəfər, qalibiyyət. [Mustafa xan:] Ümidini Allaha bağla, inşallah, fəth biz ilə olar. Ə.Haqverdiyev. • Fəth etmək – 1) zorla, silah gücü ilə almaq, tutmaq, zəbt etmək, işğal etmək. Düşmən qalasını fəth etmək. – [Faşist başçıları] hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı(lar). M.İbrahimov; 2) məc. özünə tabe etmək, yiyələnmək, öz xeyrinə işlətmək. Təbiəti fəth etmək. - Bir oxun səngəri dağ olsa əgər; Uçar, yer üzünü bütün fəth edər. Şəhriyar. Göyləri fəth edən bir ana tərlan; Kim deyir balaykən yıxılmamışdır. M.Araz; 3) məc. tutmaq, qaplamaq, basmaq. Yanğın ətrafı fəth etdi; 4) məc. məftun etmək, valeh etmək, əsir etmək. Könüllər yolçusu o munis gözəl; Min ürək fəth edir hər keçən anda. S.Vurğun. // məc. İradəsini əlindən almaq, özünə ram etmək. Murtuzun xoş danışığı Gülnazı tədricən fəth etməyə başlayırdı. Q.İlkin. Dünyanı fəth etsə ana hörməti; Yaradar dünyada əsil cənnəti. Şəhriyar.


Son arananlar: