turklehceleri.org

hekayə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hekayə

is. [ər.]
1. Rəvayət şəklində kiçik ədəbi nəsr əsəri. Mirzə Cəlilin hekayələri. – Ədibin kəskin publisist qələmi “Pir” kimi çox realist bədii hekayədə də özünü göstərir. M.Arif. Konsertdən sonra radio ov haqqında maraqlı bir hekayə verdi. M.Rzaquluzadə.
2. bax. hekayət. [Uşaqları] gördükdə “qəbz” məsələsi başımda təzələndi və .. hekayə gəlib gözlərimin önündən keçdi. Çəmənzəminli. Maya hekayəsini qurtaranda doğrudan da ağlayan Səkinə ilə Pərşan bir daha onu qucaqladılar. M.İbrahimov. // Bir vaqiə, ya hadisəni nəql etmə, bir-bir danışma. • Hekayə etmək – bax. hekayət etmək (“hekayət”də). Qız öz sərgüzəştini hekayə etməyə başlamışdı. S.Hüseyn.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hekayə

hikâye, öykü


Son arananlar: