yumşalmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yumşalmaq
f.
1. Yumşaq, elastik hala gəlmək; sərtliyini, bərkliyini, codluğunu itirmək. Dəri suda yumşalmışdır.
2. Zəifləmək, azalmaq, kəskinliyi, şiddəti keçmək. Ağrı bir qədər yumşaldı.
3. Mülayimləşmək; hirsi, acığı, qəzəbi, hiddəti keçmək, hirsi soyumaq. Bir az yumşalmaq lazımdır. – Molla Qasım pulun adını eşitcək yumşalıb dedi: – Razı oluram. S.S.Axundov. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Çəmənzəminli. Yumşalmadı daşa dönmüş ürəklər; Onlara göz yaşı etmədi əsər. H.K.Sanılı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yumşalmaq
I. zəifləmək, azalmaq
{zayıflamak, azalmak}
II. mülayimləşmək, həlimləşmək
{yumuşaklaşmak, sakinleşmek}
III. boşalmaq
{boşalmak}