turklehceleri.org

gərdiş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

gərdiş

is. [fars.]
1. Gəzinti, seyr. • Gərdiş etmək (eləmək) – gəzmək, hərəkət etmək, dolanmaq, o baş-bu başa gedib-gəlmək. Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gərdiş elədi, gəlib əmudun dəstəyindən yapışdı. “Koroğlu”. ..Cavan sürətlə otaqda gərdiş eləməyə başladı və gərdiş etdikcə çənəsində bitən .. tükləri əli ilə vurub şişmərlədi. Çəmənzəminli. Gərdişə gətirmək məc. – qızışdırmaq, coşdurmaq, hərəkətə gətirmək. Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi. “Koroğlu”. // Gəzmə, yerimə tərzi; yeriş. Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir Leyla. Ə.Cavad.
2. məc. Dövran, dövr etmə, dolanma, hərlənmə. ..Dünyanın gərdişinə görə insan gərək öz rəftarın da dəyişsin. “Əkinçi”. Qalın meşə, yaşıl ot .. insana ləzzət verir. Gərdişin comərdliyini anlayırsan. N.Nərimanov. Nə etmək, fələkin gərdişi rəqqasə qadınlar kimidir... Ə.Məmmədxanlı.


Son arananlar: