gər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gər
I. [fars.] klas. bax. əgər. Gər girişsəm çalhaçala; Quş gərəkdir qanad sala. “Koroğlu”. Sən gər mənim olsan fəna dünyada; Elə billəm padşaha dönmüşəm. M.P.Vaqif. Məsəldir: bir paydan bir adam doyar; Gər bölünə, ikisin də ac qoyar. Q.Zakir.
II. is. məh. Əsasən qoyun, keçi və başqa heyvanlarda olan qoturluq xəstəliyi. Keçi gər olub.