gəbərmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gəbərmək
f. Ölmək (adətən heyvanlar haqqında). Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş. C.Cabbarlı. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // Eyni mənada adam haqqında təhqir kimi işlənir. Qonşunun oğlu gəbərdi. – [Birinci işçi:] Yetişir! Sızlama, abdal, başıboş; Ağlamaqdansa gəbərmək daha xoş. H.Cavid.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
gəbərmək
ölmək, keçinmək
{ölmek, göçüp gitmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gəbərmək
gebermek