gülləbaran
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gülləbaran
is.
1. Çoxlu adamın birlikdə tüfəng atması; çox şiddətli atəş. İki günlük gülləbarandan sonra kəndlilər Kazımın meyitini çinar ağacından asılmış gördülər. M.İbrahimov. • Gülləbaran etmək (eləmək) – 1) şiddətli atəşə tutmaq. Düşmənin mühüm bir dəstəsi həmin evi gülləbaran edirdi. H.Nəzərli; 2) bax. güllələmək.
2. Kütləvi qırğın. Lena gülləbaranı. – Bunun nəticəsində vücuda gələn sürgünlər, gülləbaranlar Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. M.S.Ordubadi.
Son arananlar:
- Buğa,
- nano,
- depolarize,
- Yaraq,
- yallı,
- xippa,
- dağıra,
- yuridik,
- aytdıçı,
- binýat,
- inciklik,
- bəxt,
- kümşüldemek,
- pomology,
- soň,
- xƏbƏrdarlıq,
- suy,
- bağlılık,
- oscillate,
- goril,
- paramparça,
- gülləbaran