bəxt
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bəxt
is. [fars.]
1. Tale, qismət. O zülf qarə qılıb bəxtimi məgər, Seyyid? Mənim əzəl də bu bəxti-qarəliyim var idi. S.Ə.Şirvani. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Ə.Haqverdiyev. Mənim böyük düşmənim öz bəxtimdir. M.S.Ordubadi.
2. Müvəffəqiyyət, uğur. Onun oyunda heç bəxti yoxdur.
3. Nisbət şəkilçisi ilə, çıxışlıq halda: bəxtimdən, bəxtimizdən (ara söz) – bir hadisə, keyfiyyət və s. münasibəti ilə məmnunluq, razılıq ifadə edir (bəzən mənfi mənada işlənir). Bəxtimizdən hava açıldı. – Bəxtindən işıq sönməsi onun [Qulamın] işini daha asanlaşdırdı. Ə.Əbülhəsən. ‣ Bəxt ulduzu şair. – bəxt simvolu. Bir körpə tək oxşardı məni yaşlı gözəllər; Bəxt ulduzu parlaq və uzun saçlı gözəllər. S.Rüstəm. Bəxt əxtəri (sitarəsi) klas. – bax bəxt ulduzu. Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn; Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana. Füzuli. Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə, şəm! S.Ə.Şirvani. Bəxti ayaq üstə durmaq – işi avand olmaq, istədiyinə çatmaq. Bəxti açılmaq – işi yaxşı gətirmək, işi düzəlmək, çətinlikdən, ağır və pis vəziyyətdən qurtarmaq. [Musa kişi:] Bəlkə bu il bəxtimiz açıldı, .. ərbabın su pulunu verdim, uşaqlara əyin-baş düzəldib, bir çərək torpaq ala bildim. M.İbrahimov. Bəxti dönmək – uğursuzluğa məruz qalmaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlamaq. Bəxtim dönüb, evim yıxılıb, izzətim gedib; Seyyid, o mah yar olub əğyarə, ağlaram. S.Ə.Şirvani. Bəxti işləmək – bax bəxti gətirmək. Bəxti gətirmək – müvəffəq olmaq, işi düz gətirmək, taleyi gətirmək. [Puan Qay] bəxti gətirib 60-70 qəpikdən çox qazananda .. balıq da alıb şad evlərinə gələrdi. S.S.Axundov. Bəxti çönmək – bax bəxti dönmək. Bəxti çönüb, çünki zəmanə dönüb; Şadü xürrəm işi fəğanə dönüb. M.V.Vidadi. Bəxtinə çıxmaq – 1) yaxşı, ya pis bir şeyə təsadüf etmək, rast olmaq; 2) udmaq, aparmaq (oyunda). Xoş bəxtiniz olsun! – salamatlıq, xoşbəxtlik arzusunu bildirən ifadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bəxt
qismət, tale
{kısmet, talih}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bəxt
baht