göyərçin
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
göyərçin
is
1. İri çinədanlı, göy-boz rəngli quş, əhliləşdirilmişləri çox vaxt ağ rəngdə olur. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn. Kolun altından bir dəstə göyərçin pırıldayıb qalxdı. Ə.Vəliyev.
2. məc. Nəvaziş, oxşama, əzizləmə məqamında işlədilir (bəzən “göyərçinim” şəklində). Göyərçin qızım. – Bil ki, cəhənnəmin hər əziyyəti; Səndən uzaq olar... göyərçin balam! S.Vurğun. Ovçu, Pərini qolları arasına alaraq: – Qorxma, göyərçinim, – dedi, – qorxma, göy guruldadı. Ə.Məmmədxanlı. ‣ Sülh göyərçini – sülh simvolu kimi qəbul olunmuş ağ göyərçin şəkli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
göyərçin
güvercin