qarasaqqal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qarasaqqal
sif.
1. Orta yaşlı; nə çox cavan, nə çox qoca olan. Bir dəqiqədən sonra qapı açılıb, uzunboylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Ə.Haqverdiyev. // İs. mənasında. [Qasım kişi:] Böyük adamsan deyə ayaqlarının altında torpaq olmalıyıq biz?! Birini ora buyurursan, birin bura buyurursan, birinə ağzından çıxanı deyirsən! Nə ağsaqqal saya salırsan, nə qarasaqqal! İ.Məlikzadə.
2. Saqqalı qara olan. Qarasaqqal kişi.