turklehceleri.org

göyərti

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

göyərti

I. is.
1. Ümumiyyətlə bitkilər (ot, ağaclar, yarpaqlar). Hansı şeydir dəyişməyib dünyada; Göyərti də, heyvanat da, hava da. A.Səhhət. ..Kəndin ətrafında, qapılarda, həyətlərdə göyərti əkmək, park salmaq, kölgəlik düzəltmək lazımdır. Ə.Vəliyev.
2. Yeyilən və xörəyə işlənən otlar; göy, səbzəvat. Göyərti qutabı. 5 dəstə göyərti. – [Heydərqulu:] Piri baba, xanım nənə mənə göyərti tapşırmışdır. S.S.Axundov.

II. bax. göy2 2-ci mənada. [Əntiqənin] sağ üzünə vurulan şapalaq gözünün altına dəyir və iri bir göyərti əmələ gətirir. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

göyərti

I. tərəvəz, səbzəvat
{bostan bitkileri, sebzeler}

II. bitki
{bitki}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

göyərti

bostan bitkileri, yeşillik


Son arananlar: