turklehceleri.org

gur

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

gur

sif.
1. Güclü, qüvvətli, şiddətli. Günəşin gur şüaları. – Ocağı gur (z.) qaladı; Günortaya hazır oldu çığırtma. R.Rza. Üfüqdən, buludlar arasından meşənin üzərinə alov rəngində gur şüalar çilənirdi. İ.Hüseynov. // Bərk. Ocaq gur (z.) yanır. // Qızğın. Gur alver gedir.
2. Bol və qüvvətli, güclü, coşqun. Gur çay. Gur çeşmə. – Sərin göllər, dərin çaylar keçGUMUR-GUMUR mişəm; Bulaqların gur suyundan içmişəm. Ə.Cavad.
3. Güclü, qalın. [Anatolunun] gur səsindən pəncərələrin şüşələri cingildədi. S.Vəliyev.
4. Qalın, sıx. [Xədicənin] ..gur saçları nəzər-diqqəti cəlb edirdi. İ.Hüseynov. Qaşqanın gur yalı doğrudan da dəniz kimi ləpələnirdi. Q.İlkin.
5. Çox adam olan, qələbəlik, səs-küylü; gediş-gəliş, hərəkət çox olan, izdihamlı. Gur bazar. Gur şəhər. gur-gur zərf 1) gurultu ilə, bol və güclü çıxan və ya axan suyun çıxardığı səs haqqında. Çay gur-gur axır; 2) alışaraq, şiddətlə. Ocaq gur-gur yanır. ‣ Gur-gur guruldamaq məc. – şöhrəti aləmə yayılmaq, məşhur olmaq, məşhurlaşmaq. Ağır toplar kimi gur-gur gurulda; Daim döyüşkən ol, daim qıvraq ol! M.Müşfiq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

gur

I. güclü, şiddətli
{güçlü, şiddetli}

II. iti, sür’ətli
{keskin, süratli}

III. berk, uca, gurultulu, zil (səs)
{sert, yüce, gürültülü, gür (ses)}

IV. qalın, sıx, toplu
{kalın, sık, toplu}

V. gurultulu, təmtəraqlı, dəbdəbəli
{gürültülü, azametli, gösterişli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

gur

işlek


Son arananlar: