turklehceleri.org

girov

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

girov

is. [fars.] köhn.
1. Borc alınan pul və s. müqabilində təminat üçün verilən şey. [Məşədi Cabbar:] Əgər mümkün olur isə; mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. M.F.Axundzadə. [Xudayar bəy Kərbəlayı Cəfərə:] ..Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum.. C.Məmmədquluzadə.
2. Bir dövlət və ya təşkilatın öhdəsinə götürmüş olduğu iltizam və ya tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə zorla tutulub saxlanılan adamı. [Qara Məlik] o tərəf-bu tərəfdə Nüsrəddinin adamlarını tutub girov saxlamağa başladı. M.S.Ordubadi. Bayındır xan [çapqınçıları] girov saxlamış, qıpçaqların əlini-qolunu bağlamışdı. M.Rzaquluzadə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

girov

haciz, ipotek, rehin


Son arananlar: