geymək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
geymək
I. f.
1. Əyninə paltar, ayağa ayaqqabı və başa papaq keçirmək. Çəkmələrini geymək. Pencəyini geymək. İsti paltar geymək. – Qurban .. durdu ayağa və ətəklərinin kəcini silib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. C.Məmmədquluzadə. [Ağa:] Özüm də .. kürkü tərsinə geyib bir damın içində gizlənmişdim.. Ə.Haqverdiyev. Oğlan atasının əlindən öpüb çıxdı və ox-yayını götürüb, dava libasını geyib bağa getdi. Çəmənzəminli.
2. məc. Örtülmək, üstü örtülmək. Dağlar ağ geymişdi.
II. is. Geyim, paltar. Yemək və geymək sarıdan uşaqlar korluq çəkmirdilər. Ə.Əbülhəsən.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
geymək
giymek