gec
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gec
zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır. – [Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. Ü.Hacıbəyov. ‣ Gec gəldi, tez öyrəndi; gec gəlib, tez öyrənən – bacarıqlı, zirək, tez uyğunlaşan adam haqqında (adətən mənfi mənada işlənir). [Məhbubə:] Burada deyiblər ki, gec gəldi, tez öyrəndi. H.Seyidbəyli. gec-gec zərf Hərdənbir, bəzən (tez-tez ziddi). [Səməd] evə gec-gec gələrdi. Çəmənzəminli. Mehriban çox gec-gec gülümsünür, gülümsünəndə də üzündəki tənasüb pozulur.. H.Seyidbəyli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gec
geç