turklehceleri.org

fərmayiş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

fərmayiş

is. [fars.] köhn. Buyurma, əmr etmə; buyruq, əmr, qulluq. ...Başladılar ustanın fərmayişlərini birbəbir əmələ gətirməyə. C.Məmmədquluzadə. Onların başı üstündən kənarda durub baxan Firiduna müraciət etdi: – Ağa, fərmayişin nədir? M.İbrahimov. • Fərmayiş etmək klas. – əmr etmək, buyurmaq. [Şahmar bəy:] Mən lazım bilirəm sizdən müxlisanə təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş edəsiz. N.Vəzirov.


Son arananlar: